Bazar ertəsi günü, 09 noyabr 2026
     

NATO PA-nın Bakı iclasına gəlmiş Ermənistan deputatlarını "yıxıb-sürüdülər"

Image


Ermənistan nümayəndə heyəti NATO PA-nın Bakıda keçirilən 86-cı Rose-Roth seminarında səsləndirilən faktlara dözümsüz yanaşaraq tədbirin gedişatını pozmağa, müzakirələrin mövzusunu yayındırmağa cəhd edib. APA-nın məlumatına görə, iclasda əvvəlcə LİNKS Təhlili və Oksford Universitetinin direktoru Dennis Sammut çıxış edərək, son dövrlər Azərbaycanda gedən iqtisadi inkişafı xüsusi vurğulayıb.
O, müsbət dəyişikliklərdən danışaraq qeyd edib ki, iqtisadi cəhətdən qüdrətli Azərbaycanın yeganə problemi olan Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır: "Burada əsas fakt kimi ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etmə prinsipləri əsas götürülməlidir. Azərbaycanın ərazi bütövlüyü pozulub və bərpa olunmalıdır".
D.Sammutun çıxışı 28-ə yaxın ölkənin nümayəndələri tərəfindən alqışlarla qarşılandığı halda, Ermənistan nümayəndə heyəti tərəfindən protest edilib. Adlarının yazıldığı lövhələri qaldıran Ermənistan nümayəndə heyəti proqramdan və növbədən kənar ayağa qalxaraq iclasın gedişatını pozmağa cəhd ediblər. Seminarı aparan Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri, Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov onlara söz verib.
Ermənistan nümayəndə heyəti adından danışan Ermənistanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Koryun Nahapetyan əvvəlcə D.Sammutun çıxışına etiraz etdiyini bildirsə də, bunu əsaslandırmayıb və dərhal Azərbaycan Milli Məclisinin sədri O.Əsədovun çıxışındakı Azərbaycanın işğal olunmuş torpaqları, qaçqın düşmüş bir milyondan çox azərbaycanlının öz yurdlarına qayıtması ilə bağlı tələbini "aqressiya" adlandırıb. O israrla tələb edib ki, buradakı müzakirələrdə Dağlıq Qarabağ münaqişəsinin həllində tərəf olaraq tək Ermənistan və Azərbaycan yox, qondarma "Dağlıq Qarabağ Respublikası" da göstərilsin. K.Nahapetyan müzakirələrdə Azərbaycanın işğal olunmuş torpaqları məsələsinin üstündən keçərək, daha çox Dağlıq Qarabağda yaşayan ermənilərin müqəddəratı məsələsini qabartmağa çalışıb.
Onun ardınca söz alan Yeni Azərbaycan Partiyasının icra katibi, deputat Siyavuş Novruzov Azərbaycanın torpaqlarının faktiki olaraq Ermənistan tərəfindən işğal olunduğunu və Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu konkret faktlarla iştirakçılara, o cümlədən Ermənistan nümayəndə heyətinə xatırladıb: "Əgər söhbət ermənilərin öz müqəddəratını həll etməyindən gedirsə, erməni xalqı artıq müqəddəratını həll edib və Ermənistan dövlətini yaradıb. İndi Azərbaycan torpaqlarında bir qisim erməni yaşayır deyə, orada da ikinci dövlət yaratmaq cəhdi, təbii ki, absurddur. Bu gün dünyanın bir çox ölkəsində, məsələn, Kaliforniyada Dağlıq Qarabağdakından da çox erməni yaşayır. Belə çıxır ki, orada da "müqəddəratını həll etmək" adı ilə əlavə erməni dövləti yaradılmalıdır? Dünyanın 30-dan çox ölkəsində ermənilər kompakt halda yaşayır. Belə çıxır ki, dünyada 30-dan çox erməni dövləti yaradılmalıdır?"
S.Novruzovdan sonra D.Sammut yenidən söz alaraq öz fikrini bir daha təkrarlayıb, yenidən münaqişənin yalnız Azərbaycan və Ermənistan arasındakı problem olduğunu xatırladıb. O, müharibənin əleyhinə olduğunu bildirərək, tərəflərin dil tapmasının və ərazi bütövlüyünə hörmətlə yanaşılmasının vacibliyini bildirib.
Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü, deputat Zahid Oruc isə erməni nümayəndə heyətinin israrla "ermənilərin müqəddəratını həll etməsi" tələbinə cavab olaraq bildirib: "Əgər siz doğrudan da orada yaşayan ermənilərin öz müqəddəratını həll etməyinin tərəfdarısınızsa, o zaman Ermənistan dövlət olaraq çəkilsin kənara, münaqişəyə qarışmasın və Azərbaycan Dağlıq Qarabağdakı vətəndaşları ilə, baxmayaraq ki, itaətsizlik göstəriblər, problemi özü həll edər".
Ermənistan nümayəndə heyətindən deputat Tevan Poqosyan, deyilənlərə cavab vermək əvəzinə, müzakirələrə istehza ilə yanaşıb. O, faktlara münasibət bildirmədən D.Sammuta və digər beynəlxalq ekspertlərə seminar Azərbaycanda keçirildiyi üçün guya rəsmi Bakının mövqeyini dəstəklədiklərini bildirib. Daha sonra seminarda Dağlıq Qarabağla bağlı səsləndirilən BMT-nin məlum 4 qətnaməsindən danışan erməni deputat qətnaməni də təhrif etməyə çalışıb: "Mən təklif edirəm ki, qətnamədən çox danışıldığı halda, onun mətni ilə də tanış olunsun. Bir baxın görün orada nə yazılıb və sonra Ermənistanı işğalçı adlandırın".
Ermənistan nümayəndə heyəti Türkiyə-Ermənistan münasibətləri mövzusunu da müzakirələrə qatmaq istəyib. T.Poqosyan çıxışında Azərbaycanı Ermənistan-Türkiyə münasibətlərinə şərik çıxmaqda ittiham edərək bildirib ki, Ermənistan faktiki olaraq blokadadadır. Erməni deputat açıq-aşkar Qarabağdan öz yurdlarından məcburi köçkün düşmüş azərbaycanlılarla bağlı reallığı da inkar edib.
Daha sonra seminar proqramdan kənara çıxıb və Türkiyənin mövqeyini bildirmək üçün bu ölkənin NATO PA-da üzvü Ahmet Berat Conkar söz alıb. O, erməni deputatın Ermənistanın ölkəsi ilə münasibətlərində Azərbaycanı günahlandırmasına etiraz edib: "Bu, Ermənistanın öz seçimidir ki, blokadadadır. Ermənistan faktiki olaraq qardaş Azərbaycanın torpaqlarını işğal edib. Bizim isə vahid mövqeyimiz bəllidir: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını boşaltsın, sərhədləri açaq".
Seminar ilk fasiləyə çıxmazdan qabaq Ziyafət Əsgərov söz istəyərək çıxış edib: "Burada Ermənistan nümayəndə heyəti BMT-nin Dağlıq Qarabağla bağlı məlum 4 qətnaməsinin mətnindən danışdı. Cənab Poqosyan, o qətnamə, bax, bu dəqiqə mənim əlimdədir. Burada yazılıb ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozub və dərhal işğal olunmuş torpaqları boşaltmalıdır. Bundan başqa, sizin prezident Serj Sarkisyan AŞ PA-nın iclasında açıq-aşkar bəyan etdi ki, Ermənistan Azərbaycanın torpaqlarını tutub və nəzarət edir. Bu, sizin prezidentin rəsmi etirafıdır. İndi siz prezidentinizdən qabağa gedirsiniz? Eyni zamanda, hazırda Azərbaycanın Naxçıvan bölgəsi Ermənistanın işğalı nəticəsində blokadadadır. Amma siz Ermənistanın blokadasından danışırsınız. Bir az vicdanla yanaşaq, kim kimi blokadaya salıb?".
Z.Əsgərovun çıxışı zamanı Erməni nümayəndə heyəti yerindən səs-küy salaraq çıxışı kəsməyə cəhd göstərib.
NATO Parlament Assambleyasının (PA) Bakıda keçirilən seminarında ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Müdafiə Araşdırmaları üzrə Beynəlxalq Mərkəzin direktoru Metyu Brayzanın çıxışı qalmaqala səbəb olub. NATO PA-nın "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" adlı 86-cı "Rose-Roth" seminarının ikinci hissəsində çıxış edən M.Brayza bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri hələ də Dağlıq Qarabağ münaqişəsinin həlli və qarşılıqlı kompromislərin əldə edilməsi üçün qarşılıqlı inamın lazım olan səviyyəsini əldə edə bilmir.
M.Brayza deyib ki, ATƏT-in Minsk Qrupunun münaqişənin həlli məqsədilə uzun illərdir göstərdiyi səylərə baxmayaraq, problem hələ də qalır: "Dağlıq Qarabağ münaqişəsinin həllində hərb variantından istifadə ehtimallarının azaldılması istiqamətində işləri davam etdirmək lazımdır".
M.Brayza çıxışında münaqişənin səbəbini göstərməyərək ümumi şəkildə tərəfləri dil tapmağa çağırıb.
Ermənistan nümayəndə heyəti M.Brayzanın çıxışını alqışlayaraq proqramdan kənar söz almaq istəsə də, tədbiri aparan NATO PA prezidenti Hu Beyli onları reqlamentə riayət etməyə çağırıb. Sonra Ermənistan nümayəndə heyətinin rəhbəri Koryun Naqapetyana söz verilib. O, mövzudan kənara çıxaraq Azərbaycan tərəfindən snayperləri təmas xəttindən geri çəkməyi tələb edib. Söz alan Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Qüdrət Həsənquliyev M.Brayza və erməni tərəfinin çıxışlarına sərt münasibət bildirib: "Mən əvvəldən də Metyu Brayzanın mövqeyini sərt tənqid etmişəm. Təəssüf ki, yenə də bu mövqedə qalmaq zorundayam. Brayza artıq müstəqil ekspert olsa da, yenə özünü ABŞ Dövlət Departamentinin əməkdaşı kimi aparır və oranın mövqeyini ifadə edir, özünün yox. Cənab Brayza, həyat yoldaşınız türk olduğuna görə ermənilər sizin Azərbaycanda bir ildən çox səfir olmağınıza imkan vermədi. Siz bunlardan ədalət gözləyirsiniz?!"
Q.Həsənquluyev daha sonra üzünü Ermənistan nümayəndə heyətinə tutaraq deyib: "1990-cı illərin sonunda Azərbaycan və Ermənistan arasında münaqişənin həlli ilə bağlı razılıq əldə olunmuşdu. Amma Ermənistan parlamentində baş verən edam hər şeyi alt-üst etdi. Ermənistanın davranışı onu göstərir ki, ümumiyyətlə, onunla danışıqlar masasında oturmağa lüzum yoxdur. Çünki Ermənistanda Rusiyadan dəhşətli qorxu var və bu qorxu ilə hərəkət edirlər. Biz, yaxşı olardı ki, danışıqları Rusiya ilə aparaq, Ermənistanla yox. Qarabağ münaqişəsi başlayan andan siz Ermənistanda və Dağlıq Qarabağda bütün digər millətləri qırdınız və qovdunuz. Ermənistanı monoetnik ölkəyə çevirdiniz. Bu gün Ermənistanda yaşayan yeganə kənar millət ölkə ərazisində yerləşən 102-ci Rusiya hərbi bazasının hərbçiləridir. Bəs buna nə cavab verəcəksiniz?!"
Q.Həsənquliyev münaqişənin həllində Türkiyənin birbaşa Azərbaycanı dəstəkləməsinə dair erməni tərəfinin ittihamlarına da cavab verib: "Qarabağ müharibəsinin ilk vaxtlarında, prezident Əbülfəz Elçibəyin dövründə Azərbaycan Türkiyədən helikopter istədi ki, Kəlbəcərdən camaatı çıxara bilsin və ikinci Xocalı qırğını baş verməsin. Amma Türkiyə istəyimizi cavabsız qoydu. Əvəzində həmin ərəfədə Türkiyə Ermənistana 5 min ton taxıl verdi. İndi erməni nümayəndələri niyə bunu da qabartmır?".
Söz alan Ermənistanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Tevan Poqosyan isə Ramil Səfərov məsələsini qabardıb. O, BMT qətnamələrinin mətnini təhrif etməyə çalışıb.
Azərbaycanın NATO PA-da nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov çıxışında Metyu Brayzaya və erməni qonaqlara suallar ünvanlayıb: "Cənab Brayza, əvvəlcə deyin görək, Qarabağ sözünün nə demək olduğunu bilirsiniz? Bilmirsiniz, qoyun, mən deyim. Qarabağ sözü sırf Azərbaycan sözü olaraq "qara bağ" sözlərinin birləşməsindən ibarətdir. Yəni qəti olaraq erməni sözü deyil. Bu, orta əsrlərdə də, xanlıqlar dövründə də, hətta SSRİ dövründə də belə olub. Cənab Brayza və erməni həmkarlar, haranı açsanız orada deyiləcək ki, Qarabağ təmiz Azərbaycan torpağıdır. Cənab Poqosyan və hörmətli sədarət! BMT Təhlükəsizlik Şurasının 822-ci qətnaməsinin I maddəsində göstərilir: "BMT Təhlükəsizlik Şurası erməni qoşunları tərəfindən Kəlbəcər və ona bitişik rayonların işğalını pisləyir və dərhal azad olunmasını tələb edir". Növbəti maddədə isə deyilir: "Ağdam və ona bitişik rayonların işğalı pislənir və Ermənistan qoşunlarının oradan dərhal çıxması tələb edilir". 874-cü qətnamə: "BMT Zəngilan və ona bitişik rayonların Ermənistan qoşunları tərəfindən işğalını pisləyir və dərhal azad olunmasını tələb edir". Digər rayonlar üzrə də eyni sənədlər eyni sözü deyir. Daha sizə nə lazımdır?"
Z.Əsgərov Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə laqeyd yanaşmasına görə beynəlxalq ictimaiyyəti sərt tənqid edib: "ABŞ BMT Təhlükəsizlik Şurasının qətnaməsinin mürəkkəbi qurumamış NATO ilə bir yerdə Liviyanı darmadağın etdi. İraq və digər bu kimi bölgələrə də eyni münasibət oldu. Adını da qoydunuz ki, orada kimyəvi silah var. Heç nə də tapa bilmədiniz. Bu gün İraq xalqı necə əzab çəkir, siz də bilirsiniz, mən də bilirəm, amma beynəlxalq ictimaiyyət bundan xəcalət çəkmir. Hətta Yuqoslaviyanı BMT-nin heç bir mandatı olmadan darmadağın etdiniz. Bu da sizin işinizdir, vicdanınızın öhdəsindədir, vicdan niyə susur, bilmirəm. Amma 20 ildir BMT-nin Təhlükəsizlik Şurası Qarabağ münaqişəsi ilə bağlı qətnamələr qəbul edib. Bu qətnamələr bəs niyə yerinə yetirilmir? Krım, Ukrayna ilə bağlı AB, AŞ, BMT, ABŞ hərə bir tərəfdən Rusiyaya qarşı sanksiya qəbul edirsiniz. Bəs 20 ildir Ermənistana qarşı niyə sanksiyalar qəbul etmirsiniz? Axı bizim də ərazilərimiz işğal edilib... Cənab Foq Rasmussen bu yaxınlarda Litvada NATO PA toplantısında çıxışının böyük bir hissəsini Ukrayna məsələsinə həsr etdi. Bəs niyə bir dəfə də olsun Azərbaycanla bağlı çıxış etmirsiniz? Niyə Azərbaycanla bağlı qətnamə qəbul eləmirsiniz? Bu ikili standartlara son qoyun! Ayıb olsun!"
Z.Əsgərov Azərbaycanda Ermənistana "düşmən" ifadəsinin işlədilməsinə görə iradlar bildirən erməni deputatlara üzünü tutaraq deyib: "Ermənistan nümayəndə heyəti deyir ki, Azərbaycan Prezidenti Ermənistanı düşmən dövlət adlandırıb. Məgər biz Ermənistana dost dövlət deməliyik? 20 faiz torpağımızı işğal edib, 1 milyon qaçqınımız var. İndi utanmaz-utanmaz deyirsiniz ki sizə düşmən deməyək?! Cənab erməni deputatlar, siz gəlib Azərbaycanın ərazisini işğal etmisiniz, Zəngilanda, Qubadlıda, Füzulidə və digər torpaqlarımızda oturub mənim ölkəmdə cəbhə qurmusunuz, indi də utanmazcasına deyirsiniz ki, oradan snayperləri çəkin. Snayperləri o zaman yığışdırarıq ki, Azərbaycan ərazilərindən çıxıb, çəkilərsən Ermənistan-Azərbaycan sərhədinə. Mən onda güzəşt edə bilərəm. Mən öz ərazimi orada düşməndən qoruyuram. Sənin snayperin orada nə edir? Axı sizin mənim snayperim olan yerdə nə işiniz var?!"
Seminar fasilədən sonra davam edib.
Azərbaycan 20 faiz torpaqlarının Ermənistan tərəfindən işğalının hələ də davam etməsi regionun təhlükəsizliyi üçün ən böyük təhdiddir. "Trend" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Bakıda NATO Parlament Assambleyasının (PA) "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda keçirilən 86-cı Rose-Roth seminarındakı çıxışı zamanı deyib.
Diplomatın sözlərinə görə, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi aparılan sülh danışıqlarının müsbət nəticə verməsinə mane olur.
O, həmçinin, Azərbaycanın bölgədəki rolundan danışıraq onun Avropa ilə Asiya arasında körpü rolunu oynadığını deyib: "Biz Avropa ilə Asiya arasında və regional enerji layihələrinin həyata keçirilməsində vacib tranzit rolunu oynayırıq".
M.Məmməd-Quliyev Azərbaycanın xarici siyasi kursunun istiqamətlərinin NATO, Avropa Birliyi və Avropa Şurası və digər Avropa strukturları ilə əməkdaşlığın inkişaf etdirilməsindən ibarət olduğunu açıqlayıb: "Azərbaycan NATO ilə fəal əməkdaşlıq edir və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə öz töhfəsini verir. Bu gün Bakı Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edir. Sədrliyin prioritetləri korrupsiya ilə mübarizə, mədəniyyətlərarası dialoqun inkişafı, insan hüquqlarının və gənclər üçün keyfiyyətli təhsilin təmin edilməsidir. Azərbaycan Avropa Birliyi ilə də əməkdaşlıqda maraqlıdır".
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktını şübhə altına almaq sadəcə gülüncdür.
Bunu isə Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, Türkiyənin NATO PA-dakı nümayəndə heyətinin üzvü Ahmet Berat Çonkar Bakıda NATO Parlament Assambleyasının (PA) "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda keçirilən 86-cı Rose-Roth seminarının açılışında deyib.
Türkiyəli millət vəkili qeyd edib ki, Türkiyə-Ermənistan münasibətlərinin həlli birbaşa olaraq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən asılıdır.
Onun sözlərinə görə, rəsmi Ankara Ermənistanla münasibətlərində pozitiv köklənib, lakin xüsusilə də 1915-ci il hadisələrinə dair Ermənistan tərəfindən səslənən mənasız ittihamlar.
Ermənistanı arzuolunan nəticələrə gətirib çıxarmayacaq və yalnız bu ölkənin vəziyyətini daha da ağırlaşdıracaq: "Vaxtilə Ermənistanın Konstitusiya Məhkəməsi Türkiyə-Ermənistan protkollarının üstündən xətt çəkdi"
Qeyd edək ki, seminarda iştirak Ermənistan parlamentinin nümayəndələri Türkiyəni bu ölkəni blokadada saxlamaqda və Azərbaycana dəstək verməkdə ittiham edib. Onların fikrincə, bu, regionda sülh və sabitliyin yaranmasına mane olur.
Cənubi Qafqazda mövcud olan münaqişələri, çağırışları aradan qaldırmaq üçün ilk növbədə qarşılıqlı etimada əsaslanan, ikili standartlardan azad olan əməkdaşlığı inkişaf etdirmək lazımdır. Bakıda NATO Parlament Assambleyasının (PA) "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda keçirilən 86-cı Rose-Roth seminarının açılışında Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov deyib.
Bu seminarın Cənubi Qafqazdakı mövcud problemlərin həllinə öz təsirini göstərəcəyinə ümid etdiyini deyən parlament sədri Ermənistan Respublikasının silahlı təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edildiyi və nəticədə 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün düşdüyü barədə də məlumat verib. Beynəlxalq təşkilatların, o cümlədən BMT TŞ, Avropa Şurasının, Avropa Parlamentinin Azərbaycan ərazilərinin boşaldılmasını tələb edən qətnamələr qəbul etdiyini xatırladan O.Əsədov NATO-nun zirvə görüşlərində Azərbaycanın ərazi bütövlüyünə birmənalı mövqe nümayiş olunduğunu deyib: "Biz ümumən Avro-Atlantik məkanda sülh və təhlükəsizliyin qorunmasında, münaqişələrin aradan qaldırılmasında əməkdaşlığa hazırıq".
Azərbaycanın NATO ilə sıx əməkdaşlıq etdiyini, NATO-nun müxtəlif tədbirlərində, o cümlədən sülhü dəstəkləmə əməliyyatlarında fəal iştirak etdiyini deyən spiker qeyd edib ki, Azərbaycan bu alyansla möhkəm əməkdaşlığın tərəfdarıdır. O, həmçinin, hazırda Azərbaycanın enerji təhlükəsizliyi məsələsində də Avropanın sıx tərəfdaşı olduğunu vurğulayıb.
Sonda parlament sədri seminar iştirakçılarından İraqda terrorçular tərəfindən Türkiyə diplomatlarının girov götürülməsinə də münasibət bildirilməsini xahiş edib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ