Bazar ertəsi günü, 09 noyabr 2026
     

Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılmamasının səbəbləri açıqlandı

Image


"Gələcəkdə Bakı Böyük Şəhər Bələdiyyəsi yaradıla bilər. Ancaq hazırda bu, qeyri-real məsələdir. Çünki Bakı Azərbaycanın yarısıdır”. Bunu APA-ya açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

A. Rəhimzadə bildirib ki, Bakının bir bələdiyyə ilə idarə edilməsinə hələlik nə cəmiyyət hazırdır, nə də bələdiyyələr o yükü öz üzərinə götürə bilər: "Ona görə də bu məsələ hələlik rayon səviyyəsində qalıb, bələdiyyələr Bakının rayonlarında yaradılıb. Digər tərəfdən, hazırda Azərbaycanda mərkəzləşmə yüksək səviyyədədir. Bunun əsası da var. Birinci, bizim qaçqınlarımız, məcburi köçkünlərimiz var, müharibə şəraitindəyik. İstər-istəməz mərkəzləşmə olmalıdır. Bələdiyyələrin görməli olduğu bir çox işi hazırda respublika təşkilatları görür. Vəziyyət normal hala düşəndən, Dağlıq Qarabağ məsələsi həll olunandan, əks mərkəzləşmə prosesi gedəndən sonra şəhər bələdiyyəsi də yaradılacaq, bu istiqamətdə digər islahatlar da gedəcək. Digər tərəfdən, Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması yönündə Avropa Şurasından həmişə təkliflər olur. Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinə daxil olanda imzalanan sənədlərdə maddələr var. Tutaq ki, gərək 20 maddədən 15-i mütləq həllini tapsın. Azərbaycan nəzərdə tutulan maddələri yerinə yetirib. Bəzi məsələlərin həlli isə vaxt tələb edir. Bakı Böyük Şəhər Bələdiyyəsi də bu sıradadır”.

A. Rəhimzadə deyib ki, qanuna uyğun olaraq bütün bələdiyyələr Milli Məclisdə yaradılmış reyestrdən keçməli, reyestrdə bələdiyyələrin sərhədləri, bu sərhəd daxilində dövlət, xüsusi mülkiyyət və bələdiyyələrə aid olan əmlaklar əksini tapmalıdır: "Bununla əlaqədar hazırda respublikada böyük iş aparılır. Qarşıya qoyulan əsas vəzifə odur ki, bələdiyyələrin CPS vasitəsi ilə dəqiq xəritəsi çəkilsin, koordinatları, döngə nöqtələri qeyd olunsun. Bu, çox böyük vaxt və vəsait tələb edən məsələdir. Bakı, Sumqayıt, ümumiyyətlə, Abşeron ərazisində mübahisələrin yaranmasının əsas səbəbi odur ki, hazırda bələdiyyələrin sərhədləri ilə bağlı məsələ tam həllini tapmayıb. Bakını götürək. Baxırsan ki, ərazidə dövlət mülkiyyəti də, xüsusi mülkiyyət də, dövlət obyektləri də var, bir ərazi digərinin içinə daxil olur. Xəritə olandan sonra gərək yerində də qeyd olunsun ki, sərhəd harada qurtarır, harada başqa sərhəd başlayır. Bu, çox ciddi məsələdir. Məsələn, 3 il əvvəl Azərbaycanla Rusiya arasında sərhədlər müəyyənləşdirildi. Rusiya və Azərbaycan arasında elə bir mübahisəli məsələlər yoxdur və lazımi qərarlar da qəbul edilib. Ancaq o xəritəni naturaya, yerə keçirmək və demək ki, haradan Rusiya başlayır, hara Azərbaycanın ərazisidir, bunun üçün gərək dəqiq xətt keçirilsin, nişanlar basdırılsın. Hətta onun mürəkkəb texnologiyası var, məftil çəkilir, dirəklər qoyulur, bəzi yerlər qazılaraq kömür basdırılır, çünki kömür uzun müddət həll olunmur. Bu proses ən azı 3-4 il çəkəcək. İndi Bakını götürsək, hər rayonun, hər qəsəbənin bələdiyyəsi, əraziləri var. Bunların hamısını dəqiqləşdirib xəritəyə köçürmək, kompüterə keçirmək və onlara şəhadətnaməni vermək vaxt tələb edir. Düzdür, biz tənqid edirik ki, bu prosesi tezləşdirmək lazımdır. Ancaq özümüz də başa düşürük ki, bu, çox vaxt və vəsait tələb edən məsələdir. Ona görə də mübahisələr yaranır. Məsələn, Abşeron rayonunda kəndlər var ki, ərazi Bakının hesab olunur, ancaq uzun müddət orada təsərrüfat fəaliyyəti ilə Abşeron rayonu məşğul olub. İndi də bu məsələ hələ tam həllini tapmayıb. Çünki xəritə çəkilməli, dəqiqləşdirmə aparılmalıdır. Dəqiqləşdirmə də belədir ki, gah o tərəf, gah bu tərəf etiraz edir ki, ora mənim ərazimdir”.

A. Rəhimzadə bələdiyyələrin sərhədlərinin dəqiqləşdirilməsi, xəritələrin hazırlanması prosesinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparıldığını açıqlayıb: "Prosesi tək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi aparmır, gərək məsələ həm də Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılsın. Çünki həmin ərazilərdə dövlət əmlakları da var. Bakı və Sumqayıt, ümumən Azərbaycan miqyasında bu proses nə vaxt başa çata və torpaqlarla bağlı mübahisələrin nə vaxt tam aradan qalxacağına gəlincə, mübahisələr heç vaxt aradan qalxmayacaq. Bir müddətdən sonra bir bələdiyyə deyəcək ki, o vaxt bu məsələ düzgün həllini tapmayıb, o, bizim ərazimiz olub. Hansısa sənədləri gətirəcək və proses gedəcək. Amma elə düşünürəm ki, 2-3 ilə bu məsələ həllini tapar. Bunun özü də Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması üçün bir baza olacaq”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ