Rusiya Azərbaycana 100 ədəd T-90S tankının göndərilməsini başa çatdırıb, Bakıya tankların bu həcmdə ikinci partiyasının çatdırılması da mümkündür. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS-a "Kadeks-2014" sərgisi zamanı Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Xidməti direktorunun müavini Konstantin Biryulin bildirib.
O deyib: "Bütün partiyanın - 100 tankın göndərilməsi bir ay əvvəl başa çatıb".