ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. APA-nın məlumatına görə, B.Obama təbrik məktubunda prezident İlham Əliyevi və Azərbaycan xalqını "Respublika Günü” münasibəti ilə təbrik edib: "1918-ci il mayın 28-də müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlətin, Azərbaycan Respublikasının müstəqilliyinin elan olunması münasibəti ilə əlamətdar bayramı qeyd edən Azərbaycan xalqına biz də qoşuluruq. Ölkələrimiz arasında təhlükəsizlik sahəsində güclü əməkdaşlıq mövcuddur və biz Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyasında iştirakını yüksək qiymətləndiririk”.