Bazar ertəsi günü, 09 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Əflatun Amaşov Elçin Şıxlının tez qərar verməsindən təəssüfləndi
Tarix: 23.05.2014 / 04:43
Bölmə: Gündəm
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun APA-ya müsahibəsi
- Son zamanlar Mətbuat Şurasından narazılıq bildirənlər daha qabarıq gözə çarpır. Sizcə niyə belədir?
- Narazılar da var, razılıq edənlər daha çoxdur. Görünür, son zamanlar birincilər bir balaca aktivləşiblər. Məsələnin nədən qaynaqlandığını da bilirik. Müəyyən mənada təbii qarşılayırıq. Bu öz yerində, ancaq narazılar gərək ilk növbədə vaxtilə Mətbuat Şurasının hansı məqsədlə yaradıldığını düşünsünlər. Qurumun missiyasının nədən ibarət olduğunun fərqinə varsınlar. Nəzərə alsınlar ki, dünyada Mətbuat Şurası bir institut kimi cəmiyyətlə media arasındakı münasibətlərin tənzimlənməsini həyata keçirir. Mövcud xüsusda vətəndaş qruplarının media ilə şikayətlərinin peşə prinsipləri müstəvisində baxılaraq qiymətləndirilməsi vurğulanmalıdır. Bu fəaliyyət missiyası hər ölkə üçün eynidir. Fərqi yoxdur, İsveç, İsveçrə, Norveç, Ukrayna ya Almaniya olsun, prinsiplər dəyişməzdir.
Redaksiyaların, jurnalistlərin hüquqlarının bilavasitə qorunması ilə jurnalist təşkilatları məşğul olur. Məsələn, vaxtilə "RUH" Jurnalistləri Müdafiə Komitəsi və "Yeni Nəsil" Jurnalistlər Birliyi bu işi uğurla həyata keçirirdi. Ölkəmizdən kənara baxsaq, hazırda Rusiya Jurnalistlər İttifaqı media sahəsində baş verən elə bir hadisə yoxdur ki, ona reaksiya verməsin. Yəni jurnalist hüquqları ilə əlaqədar fəaliyyəti belə qurumlar tənzimləyir. Azərbaycanda da 70-dən artıq jurnalist təşkilatı var. Tam əksəriyyəti müəyyən qrantlar, ianələr hesabına ayaqdadır. Mətbuat Şurası nə etməlidir ki, onlar nəsə baş verəndə qınlarına çəkilməsinlər?
Mətbuat Şurası yaranışından geniş spektrli qurum kimi qarşılandı və gözləntilərə uyğun iş apardı. Bunun üçün, bir növ, sosial sifariş yarandı. Qurum öz missiyası ilə yanaşı, jurnalistikanın ümumi inkişafı ilə əlaqədar məsələlərin həllinə girişdi. Deyək ki, kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı dövlət dəstəyi konsepsiyasının hazırlanmasında, eləcə də sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun formalaşdırılmasında yaxından iştirak etdi. Ümumən müxtəlif təşəbbüslər irəli sürdü. Treninqlər, seminarlar düzənləməklə jurnalist peşəkarlığının artırılmasına töhfə verdi. Hazırda ölkədə media miqyasında baş verən elə bir hadisə yoxdur ki, Şura ona reaksiya verməsin.
- Maraqlıdır ki, narazılar da bu reaksiyanın olmadığını vurğulayır.
- "Ayna-Zerkalo" qəzetinin əməkdaşı Rauf Mirqədirovun həbsi nəzərdə tutulursa, onu deyim ki, Mətbuat Şurası ilk gündən məsələni diqqət mərkəzində saxlayıb. Müəyyən qurumlarla intensiv şəkildə əlaqə yaradıb. İstintaqın gedişi ilə bağlı bəzi məqamlar dəqiqləşdirildikdən sonra aprelin 28-də Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət ünvanlayıb. Sənəddə jurnalist həbsinin söz və ifadə azadlığı kontekstində dəyərləndirilmə ehtimalının böyüklüyünü vurğulamışıq və buna görə də məsələyə həssas yanaşılmasının vacibliyi önə çəkilib. Allah Raufun qapısını açsın.
Mirqədirova qarşı irəli sürülən ittiham çox ağırdır. Vətənə xəyanət maddəsilə iş açılıb. Əlbəttə, ümumən barəsində belə bir ittiham irəli sürülən şəxsin jurnalist olmasını istəməzdik. Mətbuat Şurasının prinsipial mövqeyi belədir. Araşdırmalar gedir. Məktubumuzda istintaqın obyektiv aparılmasının və bu barədə cəmiyyətin məlumatlandırılmasının zəruriliyini əsaslandırılıb. İnanıram ki, məsələ barədə qanun çərçivəsində ölçü götürüləcək.
- Elçin Şıxlının narazılığında "Ayna-Zerkalo" qəzetinin həftəliyə keçməsi məsələsilə maraqlanmamağınız da əsas motivi təşkil edir. Bununla əlaqədar nə deyərdiniz?
- Bütün bunlar, o cümlədən Elçin bəyin Mətbuat Şurasına ərizəsi ölkədə olmadığım vaxta təsadüf edib. Onun dindirilməsi ilə bağlı xəbəri də kənarda eşitmişəm. Şəxsən özünə telefon açmışam, vəziyyətlə maraqlanmışam.
O ki qaldı qəzetin reklam sıxıntısına, reklam bazarının zəifliyi ümumən Azərbaycan mətbuatının bəlasıdır. Məsələ Mətbuat Şurasını ciddi şəkildə narahat edir. Bununla bağlı ölkə rəhbərliyinə müvafiq təkliflərimizi ünvanlamışıq. Amma "Ayna-Zerkalo" qəzetinin reklamları həmişə digər kütləvi informasiya vasitələrinə nisbətən daha çox olub. Satış göstəricilərinin yüksəkliyi də öz yerində. Məncə, qəzet gündəlik nəşr kimi KİV DF-dən ayrılan vəsaitin və satışdan gələn gəlirin hesabına fəaliyyətini davam etdirə bilərdi. Əlbəttə, bu məsələdə qərar verən Elçin Şıxlıdır. Hər bir halda problemin tezliklə yoluna qoyulacağına inanırıq.
- Elçin Şıxlı "Ayna-Zerkalo" qəzetinin etiraz əlaməti olaraq Mətbuat Şurasının sıralarını tərk etdiyini bildirib.
- Qəzetin Mətbuat Şurasını tərk etməsinə dair qərarı, xüsusən də bu qərarın ictimailəşməsi məni xeyli məyus etdi. Düşünürəm ki, danışıb bir çox şeyləri yoluna qoymaq olardı. Görünür, Elçin bəyin incikliyinin miqyasının böyüklüyü imkan verməyib ki, xaricdən qayıtmağımı gözləsin. Onu anlayıram. Hardasa haqq da qazandırıram. Uman yerdən küsərlər - belə deyim. Bu, əsasən bizim bir-birimizdən ummaq haqqımızdan qaynaqlanır. Mətbuat Şurasının yaradılmasında və inkişafında Elçin bəyin xidmətləri danılmazdır. Düşünürəm ki, görüşüb bir çox bir çox məqamları yoluna qoyacağıq. "Ayna-Zerkalo"nun da Şuranın sıralarını tərk etməsinə ehtiyac qalmayacaq. Bu məsələni hansısa fərqli münasibətlər müstəvisinə daşımaq istəyənlər də rahat olsunlar. Onu da deyim ki, təsisçi nəşrin Şuradan çıxmaq məsələsinə qurultay qiymət verməlidir. Qurultaya isə hələ çox var.
- Yeri gəlmişkən, "Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev də mediaya açıqlamasında narazılığını ifadə edib.
- Məndən, yoxsa Mətbuat Şurasından?
- Elə bir önəmi varmı?
- Təbii ki, var. Mətbuat Şurası ölkə jurnalistikasının modelidir. Media ailəsinin mərkəzindədir. Ailədə isə hər cür şəxsə rast gəlmək mümkündür. Mehman bəyin narazılığının motivi aydındır. Bir dost, fərd, jurnalist kimi həmişə onun yanındayam. Mən nə edim ki, Mehman Əliyev siyasətçi də olmaq istəyir? Hətta iddiası da kifayət qədər yüksəkdir. Hələ lap öncədən seçim edilməliydi - ya jurnalistika, ya siyasət. Seçim etməyin vaxtı isə keçmiş kimi görünür.
- Ya jurnalistika, ya siyasət. İndiki dövrdə belə qoyuluşa duyulan ehtiyac bu qədərmi aktualdır?
- Bilirsiniz, bir çox məsələlərdən söz açmaq mümkündür. Ancaq jurnalistika hər bir halda böyük qüvvədir. Böyüklük peşənin mahiyyətindən qaynaqlanır. Elə bilirəm ki, jurnalistikada vicdanlı olan adam daha vicdanlıdır. Vicdansızın da vicdansızlığı üzdə olur. Jurnalistikanın inkişaf dinamikasını şərtləndirən başlıca xüsusiyyət isə tənqiddir. O varsa, inkişaf var. O olmalıdır ki, inkişaf olsun. Bizlər mütərəqqi ictimaiyyət olaraq inkişafa can atırıq. Bu inkişafın fövqündə dayanan Azərbaycan dövlətidir.
Tənqid üzərində qurulan spekulyasiyaları da yaxşı görürük, bu meyllərin mənfi tərəflərini də. Həmin meyllər nə qədər demokratiya ab-havasına köklənsə də, mahiyyətindən yaxşı xəbərdarıq. Ona görə də düşünməli, ətrafımıza baxmalıyıq. Əsasən də Ukraynada baş verən olaylara nəzər salmalıyıq. Bizm toplum olaraq siyasi kataklizmlər yaşamağa haqqımız yoxdur. Mövcud anlamda jurnalistikanın hərc-mərclik üçün alət edilməsinə qarşı çıxmalıyıq. Son dərəcə həssas davranmalıyıq. Həssas davranışımız da, düşünürəm ki, əsl vətənpərvərlik nümunəsidir.
- Söhbətimizdə bir çox məsələlərə toxundunuz. Fikirlərinizlə nikbinlik üçün müəyyən əsaslar da yaratdınız. Son olaraq haqqında bəhs etdiyiniz məsələlərlə əlaqədar nə deyərdiniz?
- Doğru qeyd etdiyiniz ki, bir çox cəhətlərdən söz açdıq. Əslində deyilənlərə əlavə ediləcək nəsə yoxdur. Amma bir məqamı vurğulamağı vacib sayıram. Bizim elə yaşımızdır ki, gərək axırda deyəcəyimiz sözü əvvəldə dilimizə gətirməyək. Hamıya bunu tövsiyə edirəm. Qalan məsələlər düzələndir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası -
“Zəfər arzuları”
Tarix: 08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu
Tarix: 08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi
Tarix: 07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
Tarix: 07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...
Tarix: 05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...
Tarix: 05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..
SON XƏBƏRLƏR
08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb
- FOTO
08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı
- FOTO
08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib
- FOTO
08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır
- FOTO
08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb
- VİDEO
08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur"
- Ərdoğan
08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi -
Zəfər qaçılmaz idi...
08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi
08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...
08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
- FOTO
08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər
- FOTO
08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı
08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb"
- Ərdoğan
08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər
- FOTO/YENİLƏNDİ
08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"
08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər
- FOTO
08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub
08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik -
yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...
08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"
08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur"
- Prezident
08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"
08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin"
- Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...
08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"
08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur"
- Prezident
08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"
08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi"
- Prezident
08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər
- FOTO
08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"
- Prezident Əliyevdən Ərdoğana
08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
- FOTO/VİDEO/YENİLƏNDİ
08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari -
ZƏFƏRə yaraşan budur...
08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi
08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib
- VİDEO
08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...
08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib
- FOTO
08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub
FOTO
08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi -
dünya qədrimizi bildimi?..
08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...
- FOTO
08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi
08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir"
- - Müdafiə naziri
08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!"
- Prezident
08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"
08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir"
- Prezident
08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür"
- Prezident İlham Əliyev
08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"
08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin"
- Prezident
08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"
08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib"
- Prezident
08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"
08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi"
- Prezident
08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"
08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi"
- Prezident
08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi"
- Prezident
08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi
- FOTO/VİDEO
08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi
08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək
08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib
- FOTO
08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur"
- Şahbaz Şərif
08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər
- FOTO
08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan
- VİDEO
08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
- FOTO
08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib"
- Mətbuat Şurası
08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır
08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib
08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası -
“Zəfər arzuları”
08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu
08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi
08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü -
İranın ticarət yolları tam qapanır
08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür
08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...
07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb
- VİDEO
07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı
07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir
07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...
07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar -
Zəfərin kökündə müzakirə edilən məqamlar...
07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər
07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi
- 20 milyon dollar...
07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər
- FOTO
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
XƏBƏR ARXİVİ