Putinlə Trampın telefon söhbəti barədə məlumatda tarix aşkarca təhrif edildi...

"Putinlə Trampın sayca hələlik 6- cı telefon danışığı barədə Rusiya prezidentinin köməkçisi Uşakov diqqətimi çəkən məlumat yayıb. Daha doğrusu, köməkçi 18- ci əsrin aşkar tarixi faktını tam təhrif edib. Uşakov Putinin Trampı ABŞ- ın dövlət müstəqilliyinin bəyan olunduğu 4 iyul İstiqlaliyyət günü münasibətilə təbrik etdiyini bildirib.Uşakov əlavə edib ki ,"Rusiya Amerika dövlətinin qurulmasında heç də sonuncu rol oynamayıb"..."
Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. A.Quliyev daha sonra yazır: "Çox qəribədir. ABŞ- ın sözü gedən İstiqlaliyyət bəyənnaməsi 1773- cü ilin 4 iyulunda qəbul edilib və 13 ştatdan ibarət ABŞ dövləti elan edilib .O zamanın çar Rusiyasının ,Rusiya imperiyasının bu işdə hansısa rolu oynadığı tarixin təhrifi kimi görünür.Həmin vaxt çar Rusiyası özü nə halda idi ki, üstəlik ABŞ dövlətinin yaranmasına nə dəstək versin? Verə bilərdimi? Tarixə baxaq. ABŞ -ın müstəqilliyi Britaniya müstəmləkəçiliyinə qarşı başlanmış azadlıq müharibəsinin nəticəsi oldu. ABŞ- ın istiqlaliyyət bəyannaməsi elan ediləndə 2- ci Yekaterinanın Rusiya imperiyası Osmanlı dövləti ilə 6 il davam edən müharibənin içində idi və Kiçik Qaynarca sülhü hələ imzalanmamışdı. Özü ağır müharibənin içində olan Rusiya ABŞ- a necə yardım edə bilərdi ?! .İstisna etmirəm ki, Yekaterina o zaman Rusiyanın düşməni olan İngiltərəyə qarşı ABŞ- dakı azadlıq müharibəsinə dəstək vermək istəyərdi .Çünki Rysiya o zaman İngiltərəyə qarşı 1756- 1763- cü illərdə olmuş məşhur "7 illik müharibədən" təzəcə çıxmışdı və düşmənçilik hələ davam edirdi.Yeri gəlmişkən onu da deyim ki, bu 7 illik müharibə tarixdə Rusiya ilə Britaniyanın açıq müharibə meydanında üz- üzə vuruşduqları yeganə müharibədir.O vaxtdan indiyədək ruslar və ingilislər bir daha heç vaxt üz- üzə açıq müharibədə olmayıblar.
Uşakov əgər onu nəzərdə tutursa ki, Amerikanın İngiltərəyə qarşı müstəqillik müharibəsi apardığı 18- ci əsrdə Rusiya İngiltərə ilə dost yox, düşmən idi, bu çox zəif arqumentdir və Rusiyanın ABŞ dövlətinin yaranmasına guya dəstəyi kimi yozula bilməz....
Tarix nə təftişçiliyi, nə saxtakarlığı, nə təhrifi,nə də yalanı sevir...
Cənab Uşakovin nəzərinə!
Kim tarixi mücərrəd elm sayırsa, böyük səhvə yol verir. Tarixin çox dəqiq məntiqi var.
Tarix öz dəqiq məntiqinə görə, hətta riyaziyyatla müqayisə edilə bilər..."
Mətləb