"Yaxın Şərqdə İranla qarşılaşmadan sülhə nail olmaq mümkün deyil". Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo deyib.
Varşavadakı Yaxın Şərq sammitində iştirak edən ABŞ dövlət katibi İsrail Baş naziri Binyamin Netanyahu ilə görüşdən əvvəl bildirib ki, İranı geriyə çəkmədən Yaxın Şərqdə sülh yaratmaq mümkün deyil.
“İranla qarşılaşmadan Yaxın Şərqdə sülh və təhlükəsizlik təmin edilə bilməz, bu mümkün deyil. Livanda, Yəməndə, Suriyada və İraqda İranın mənfi təsirləri var. Husilər, Hamas və Hizbullahı dəstəkləyir. Bunlar əsl təhlükələrdir. İranı məcbur etmədən Yaxın Şərqdə sülhə nail olmaq mümkün deyil" - Pompeo deyib.