Barnaul aeroportunda faciəvi hadisə baş verib.
Baki-xeber.com-un xəbərinə görə, insanlar təyyarədən enərkən enmə pilləkəni çöküb. Nəticədə 6 sərnişin yerə yıxılıb.
Dərhal başlanan araşdırmalarla enmə pilləkəninin ötən ilin oktyabrında yoxlamadan keçdiyi ortaya çıxıb ki, bu da bəzən bu tip yoxlamaların formal xarakter daşıdığı gerçəyini ortaya qoyur.
Hazırda iş üzrə yenidən yoxlamalara başlanıb. Aeroport rəhbərliyi isə xəsarət alanların bütün tibbi xərclərini üzərinə götürüb.