Rusiya prezidenti Vladimir Putin 2015-ci ilin 24 noyabrında türk F-16-ları tərəfindən Rusiya Su-24 təyyarəsinin vurulmasına görə, Türkiyəyə tətbiq edilən xüsusi iqtisadi məhdudiyyətlərin bəzilərini ləğv edib.
Baki-xeber.com xəbər verir ki, Putin imzaladığı yeni sərəncamla Rusiyaya vizasız daxil olmaq hüququna malik Türkiyə vətəndaşlarının kateqoriyasını genişləndirib.
Fərmana əsasən, bundan sonra RF-ə qısamüddətli ezamiyyətə gələn xüsusi pasporta malik Türkiyə vətəndaşları, o cümlədən diplomatik nümayəndəliklər və konsulluq müəssisələri, həmçinin beynəlxalq avtomobil daşımaları həyata keçirən peşəkar sürücülər “Türkiyə tərəfindən analoji addımlar atılması şərti ilə” vizasız rejimdən istifadə edə biləcəklər.
Xatırladaq ki, 2015-ci ilin noyabr ayında Vladimir Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər çərçivəsində bu ölkə ilə vizasız rejimi dayandırmaq barədə qərar qəbul etmişdi.
Rusiya XİN-ə Türkiyə tərəfini müvafiq göstəriş barədə məlumatlandırmaq tapşırılıb.