Türkiyənin jandarma idarəsinin əməkdaşları qədim Bibliyanın ölkədən qaçaqmalçılıq yolu ilə çıxarılmasının qarşısını alıb.
Baki-xeber.com-un Türk mənbələrindən əldə etdiyi məlumata görə, hadisə ölkənin Diyarbəkir əyalətinin Kayapınar rayonunda baş verib. Qaçaqmalçı qrupu saxlayan jandarma əməkdaşları şəxsi axtarış zamanı onlarda dəri cildli və qızılla möhürlənmiş Bibliya aşkarlayıb.
İlkin ehtimala görə, Bibliyanın yaşı azı 1200 il təşkil edir. Tutulan 3 nəfər Bibliyanı xaricdə satmaq üçün aparmaq istədiklərini etiraf edib. Onların dindirilməsindən sonra müqəddəs kitabi bu şəxslərə satan daha 3 nəfər də müəyyən olunaraq gözaltına alınıb.