ABŞ prezidenti Donald Trampın Suriyadan çəkilməklə qərarına baxmayaraq, Pentaqon son vaxtlar YPG/PKK terror təşkilatının nəzarətindəki bölgəyə 400 TIR-la yeni hərbi texnika göndərib. İki gün əvvəl isə üzərində zirehli texnika, generatorlar və digər mallar olan 150 yük avtomobili YPG/PKK-nın nəzarətində olan bölgəyə daxil olub.
Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, hərbi kolon axşam saatlarında İraq-Suriya sərhədindəki Simelka sərhəd-keçid məntəqəsindən Suriyaya daxil olub. Yük avtomobilləri günorta saatlarında ABŞ ordusunun YPG/PKK ilə birgə istifadə etdiyi Harab İşk və Sirrindəki anbarlarına çatıb.
Anadolu Agentliyinin TIR-lara olduqca böyük generatorların yükləndiyini xəbər verir. Agentlik yazır ki, generatorların nəqli, ABŞ-ın Suriyanın şimalındakı bazalarda artan enerji ehtiyacını ödəmək və ya enerji mənbəyinə ehtiyac duyulacaq yeni bazaların yaradılması üçün hazırlıq gördüyü ehtimalını yaradır. Bu addım ABŞ-ın bölgədən çəkilməyə biləcəyini göstərən mesajı kimi də dəyərləndirilir.
Anadolu Agentliyinin bölgədəki mənbələrə istinadən xəbər veri ki, ABŞ-ın bölgədən çəkilmə qərarından bu yana İraq ərazisindən Suriyada YPG/PKK nəzarətindəki bölgəyə hərbi texnika yüklü təxminən 400 TIR göndərilib.