ABŞ tezliklə Suriyanın şimalını və xüsusilə Mənbici tərk edəcəkləri barədə vədləri ilə Türkiyənin səbrini daşırıb. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R.T.Ərdoğan bildirib ki, ABŞ növbəti iki həftə ərzində öz vədini yerinə yetirməsə, Türkiyə Suriyanın şimalında antiterror əməliyyatlarına başlayacaq: “Bizə Amerikanın sanksiyaları qorxulu deyil və Türkiyə heç nəyə baxmayaraq Suriyanın şimalında təhlükəsizlik zonasını yaradacaq”.