Azərbaycan əsilli iş adamı Telman İsmayılovun Antaliyadakı 7 ulduzlu "Titanic Mardan Palace" oteli aprelin 25-də turistləri yenidən qəbul etməyə hazırlaşır.
Baki-xeber.com xəbər veri ki, bu barədə Rusiya Tur Operatorları Assosiasiyasının (ATOR) məlumatına deyilir.
Qeyd edilir ki, aprelin 25-da yenidən fəaliyyətə başlaması planlaşdırılan otelin Rusiya tur operatorlarının saytında reklamları da başlayıb.
Turizm sektoru üzrə mütəxəssislərə görə, otel Antaliyanın ən bahalı otelləri arasında özünü yenidən göstərəcək. ATOR-a görə, “Titanik Mardan Palace” Antaliyanın ən bahalı üç otelindən biridir.
Qeyd edək ki, otel, borca görə “Halkbank”ın nəzarətinə keçmişdi. Ancaq “Halkbank”la uzun sürən danışıqlardan sonra "Titanic Hotels" qrupu oteli 10 illiyinə kirayəyə götürdüklərini açıqlayıb.