ABŞ federal məhkəməsi hərbi jurnalist Meri Kelvinin öldürülməsi ilə bağlı Bəşər Əsəd rejimini cərimələyib.
Baki-xeber.com xəbər verir ki, Şri-Lankada bir partlayışda gözlərindən birini itirdikdən sonra gözünə taxdığı qara sarğı ilə tanınan Kelvin 2012-ci ildə Suriyanın Xüms rayonuna bağlı Bab Əmir qəsəbəsində top atəşi zamanı dünyasını dəyişməsi ilə bağlı məhkəmə başa çatıb.
Kelvinin ölümü ilə bağlı iddia onun bacısı və bacısının uşaqları tərəfindən 2016-cı ildə qaldırılıb. İşə baxan ABŞ federal məhkəməsi Bəşər Əsəd rejiminin Kelvini "qəsdən hədəf aldığına" dair hökm çıxarıb.
Hakim ailənin məhkəməyə təqdim etdiyi dəlillərin Bab-Əmirdəki hücumun Əsəd rejiminə bağlı qüvvələr tərəfindən təşkil edildiyini sübuta yetirdiyini deyib.
Məhkəmə Əsəd rejiminin 302,5 milyon dollar təzminat ödəməsi barədə qərar çıxarıb (300 milyon dolları cərimə, 2 milyon 500 min dolları ailəyə təzminat).