ABŞ “Nüvə başlıqlı orta mənzilli raketlərin məhdudlaşdırılması" haqqında müqavilədən rəsmən çıxadığını bəyan edib.
“Nüvə başlıqlı orta mənzilli raketlərin məhdudlaşdırılması" haqqında müqavilə 1987-ci ildə ABŞ-ın o zaman prezidenti olan Ronald Reyqan və sovet lideri Mixail Qorbaçov tərəfindən imzalanın. Müqavilə qısa müddət ərzində nüvə hücumu keçirmək qabiliyyətini azaldaraq, 500 və 5 min 500 kilometrlik məsafəni qət edə bilən bütün nüvə raketlərinin ixtisarını nəzərdə tutur.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin ABŞ-a xəbərdarlıq edib. Putin bildirib ki, ABŞ prezidenti Donald Trampın raket sazişinin çıxması ilə bağlı hədələrinin reallaşdırılması yeni silah yarışına səbəb olacaq.
Putin deyib ki, ABŞ raket sazişindən çıxacağı halda, Avropanın hansı addımları atacağı sualı ortaya çıxacaq. Putin bildirib ki, Birləşmiş Ştatların Avropada orta mənzilli raketlərin yerləşdirilməsinə Rusiyanın cavabı olacaq: “Əsas sual budur - Avropa yeni ortaya çıxacaq raketlərlə nə edəcək? Əgər yeni raketlər Avropaya təhvil verilərsə, təbii olaraq biz də buna cavab vermək məcburiyyətində qalacağıq. Bunu qəbul edən Avropa ölkələri isə öz torpaqlarını əks-hücum risqi altına aldıqlarını anlamaq məcburiyyətində qalacaqlar”.
Baki-xeber.com