Fransa, Almaniya və Böyük Britaniya İranla ticarət aparmaq üçün “Instex” adlı xüsusi ödəmə mexanizmi qurduqlarını açıqlayıb. Baki-xeber.com xəbər verir ki, Almaniya mətbuatı, üç ölkənin yeni ödəmə kanalı vasitəsilə, İrana qarşı ABŞ sanksiyalarını azaltmağı hədəflədiyini bildirir.
Bunun üçün, "İnstrument in Support of Trade Exchanges" (İnstex) adı ilə tanınan şirkətin rəsmən təsis edildiyi açıqlanıb. Şirkətin mərkəzi Fransanın paytaxtı Parisdə olacaq və rəhbəri almaniyalı Per Fişer olacaq. Qeyd edilir ki, bank sektorunda 29 il təcrübəsi olan Per Fişer buna görə, ABŞ-ın sanksiyalar siyahısına daxil edilə bilər.
Şirkətin idarə heyəti sədrliyini İngiltərə öz üzərinə götürüb. İdarə heyətində üç ölkənin Xarici İşlər Nazirliyindən bir vəzifəli şəxs təmsil olunacaq. Digər Avropa Birliyi ölkələrinin də “İnstex” sisteminə qoşala biləcəyi deyilir.
Avropanın bir çox bankı, ABŞ-ın İrana qarşı sanksiyalarına görə, cəzalandırılmaqdan ehtiyatlandığı üçün ödənişlər çətinləşib, “İnstex” də məhz bu məqsədlə yaradılıb. Bu Avropa Birliyinə ABŞ dolları olmadan İranla birbaşa ticarət qurmağa imkan verir. Qurulması aylar çəkən yeni sistemin tam işləməsi bir neçə ay çəkə bilər.
Bu yeni ödəniş kanalının İranla nüvə razılaşmasından çıxan ABŞ prezidenti Donald Trampa ciddi bir siqnal kimi dəyərləndirilir. Ancaq “İnstex”lə İranla ticarəti canlandırb-canlandırmayacağı hələlik bilinmir. Çünki, bir çox şirkət ABŞ sanksiyalarından sonra İranla ticarətdən imtina edib.
İranın xarici işlər nazirinin müavini Abbas Ərakçı “İnstex”in qurulmasını dəstəklədiyini açıqlayıb və bildirib ki, İran da oxşar bir sistem quracaq.
ABŞ-ın Almaniyadakı səfirliyi isə Avropa Birliyinin İranla ticarət aparmaq üçün hazırladığı yeni mexanizmin Tehrana qarşı sanksiyalara təsir etməyəcəyini açıqlayıb.