ABŞ prezidenti Donald Tramp xüsusi xidmət orqanlarını İran məsələsində passiv olmaqda ittiham edib. Baki-xeber.com xəbər verir ki, Tramp xüsusi xidmət orqanlarının İranın nüvə silahı inkişaf etdirmədiyinə dair hesabatlarına qarşı çıxıb və deyib ki, onlar məktəbə qayıtmalıdırlar.
Tramp twitter-də yazıb ki, ABŞ-ın sazişdən çıxmasından sonra potensial təhlükə və qarşıdurma qaynağı olan İran çox dəyişib."Onlar raketləri sınaqdan keçirir və məqsədə çox yaxındır. Onları iqtisadiyyatın çökməsi dayandırır. İranla ehtiyatlı olun"- deyə, ABŞ dövlət başçısı yazıb.
Bundan əvvəl Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Gina Haspel deyib ki, İran faktiki olaraq 2015-ci il sazişinin şərtlərinə əməl edir.