Ukraynanın hərbi prokuroru Anatoli Matios, ölkədə Rusiyayönümlü separatçılarla əlaqəsi olanların müəyyənləşdirilməsi üçün bütün xalqın yalan detektorundan keçirilməsini təklif edib.
hərbi prokuror Donetsk və Luqanskseparatçıları ilə ilə əlaqəsi olan şəxslərin müəyyən olunması məqsədi ilə sıravi vətəndaşların yalan detektorundan keçirilməsinin gündəmdə olduğunu deyib.
Ukrayna prezidenti Petro Poroşenkonun, işğal edilən bölgələrdə məcburi olaraq yaşayan vətəndaşlarla, separatçılara dəstək olanların ayırd edilməsi üçün təlimat verdiyini ifadə edən prokuror, separatçılarla əlaqəsi olanları müəyyənləşdirə biləcək xüsusi bir program hazırlandığını deyib.
Odesa şəhərində bununla bağlı işlər gördüklərini bildirən Matios, "Bu gün dövlət üçün böyük bir sirri açıqlayıram. Odesada böyük bir elm mərkəzində, bütün kompüterlərdə yalan detektoru kimi işləyə bilən bir proqram qurulub. Bu proqramla adamın doğrunu söyləyib söyləmədiyi məlum olur. Bunun üçün bir kompüter və hər bir insanın 30 dəqiqəsini ayırması lazımdır. Bütün xalqı yalan detektorundan keçirmək lazım olacaq. Çünki insanlar qonşularından şikayət edər, intiqam almaq istəyər. Ukraynanın gerçəyi budur" deyib.