İspaniya kralı VI Felipenin İraq səfəri siyasi qalmaqala səbəb olub. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Başdad hava limanına enən kralın da içərisində olduğu İspaniya təyyarəsində İraqın 29 il əvvəl istifadə etdiyi – 1968-ci ildə hakimiyyətə gələn Bəəs partiyasının bayrağı asılıb.
Bununla bağlı görüntülər sosial mediada yayılandan sonra İraq rəsmilərinin bir qismi günahı İraqın İspaniyadakı səfirliyinin üzərinə atıb. Ancaq açıqlama yayan İraqın İspaniyadakı səfirliyi səfirlik binalarında 2003-cü ildə Səddam Heseyn rejimi devrildikdən sonra dəyişdirilən yeni bayrağın asıldığını bildirib.
Qalmaqalın ardında Bağdaddakı İspaniyanın səfirliyi açıqlama yayaraq üzr istəyib və bunun pilotun səhvi olduğunu bildirib.
İspaniya təyyarəsində asılan İraq bayrağı 1968-ci ildə Baas rejimi tərəfindən istifadə edilən bayraqdır. Səddam Hüseyn 1991-ci ildə bayraqdakı üç ulduzun arasına əl yazısı ilə "Allah-u Əkbər" sözünü əlavə edib. 2003-cü ildə, Səddamın devrilməsindən sonra, bayraqdakı üç ulduz ləğv edilib, Səddamın əl yazı isə başqası ilə əvəzlənib.