“Nüvə sazişinin iflasa uğraması və bu vəziyyətin İranda iqtisadi problemlərin artmasına səbəb olması, həm bölgə, həm də Avropa üçün ağır problemlər doğuracaq". Baki-xeber.com xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Seyid Abbas Arakçı deyib.
Arakçı, ABŞ-ın nüvə razılaşmadan bir tərəfli çəkilməsindən sonra, İrana qarşı tətbiq etdiyi sanksiyalara görə, Avropa şirkətləri ilə İran arasında pul transferlərilə bağlı hələlik həll yolu tapılmamasının narahatlıq doğurduğunu deyib.
Bununla bağlı addım atılmasının vacibliyini dilə gətirən Arakçı, Avropaya da bir mesaj verib: “Nüvə sazişinin iflasa uğraması və bu vəziyyətin İranda iqtisadi problemlərin artmasına səbəb olması, həm bölgə, həm də Avropa üçün ağır problemlər doğuracaq".