Rusiya Tunisi Suriyanın Ərəb Birliyinə qayıdışını dəstəkləməyə çağırıb. Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Tunisə səfəri zamanı açıqlama verib.
Tunisi Suriyanın Birliyə qayıdışını dəstəkləməyə çağıran Lavrov, məsələni Mərakeş və Əlcəzayir səfərində də gündəmə gətirdiyini deyib: "Tunisin də Suriyanın “ərəb ailəsi”nə, Ərəb Birliyinə qayıdığını dəstəkləməsini istəyirik”.
Qeyd edək ki, Suriyanın Ərəb Birliyinə üzvlüyü 2011-ci ildə ölkədə qarşıdurmalar başladıldığı zaman dondurulmuşdu.
Britaniyanın “Guardian” qəzeti bir müddət əvvəl, Ərəb Birliyi ölkələrinin Suriyanın üzvlüyə yenidən qəbul edilməsini nəzərdən keçirdiyini yazmışdı.