İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Haşmetullah Felahetpişe, İsrail ordusunun Suriyada İran İnqilab Keşikçilərinə aid hədəflərə hava hücumuna görə Moskvanı günahlandırıb.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, İran rəsmisi, həftənin əvvəlində İsrailin Suriyaya hücumları zamanı Rusiyanın Suriyada yerləşdirdiyi S-300 havadan müdafiə sistemlərini dayandırdığını deyib.
"İsrailin Suriyaya hücumları zamanı S-300 sistemlərini dayandıran Rusiya ciddi şəkildə tənqid edilməlidir. Rusların S-300 sistemləri fəaliyyətdə olsaydı İsrail Suriya torpaqlarına rahatlıqla hücum edə bilməzdi" deyən İran rəsmisi, İsrailin Suriyadakı hücumlarının Moskva tərəfindən koordinasiya edilə biləcəyini də iddia edib.