İtaliya və Fransa hökumətləri arasında son həftələrdə bir-birilərini tənqid edən qarşılıqlı açıqlamalarla başlayan diplomatik böhran yeni bəyanatlarla daha da böyüyür.
İsveçrənin Davos qəsəbəsində keçirilən 49-cu Dünya İqtisadi Forumunda çıxış edən İtaliya Baş naziri Cüzeppe Konte Fransanın BMT TŞ-dəki yerini Avropa İttifaqına verməyə çağırıb: "Fransanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasındakı yeri Avropa İttifaqına verilməlidir. Əgər Fransa BMT TŞ-dakı yerini istifadə aktiv bir vəziyyətə gətirmək istəyirsə, bu barədə danışaq və Avropa kontekstində həll edək".
Konte Fransanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasın daimi üzvü olmasına istinad edərək: "Hədəfimiz tək bir Avropa ölkəsinə belə bir əhəmiyyətli yeri vermək olmamalıdır" ifadələrini işlədib.
Digər tərəfdən, Fransanın Avropa İttifaqı İşləri üzrə naziri, xanım Natali Luazo da Parisdə Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərin İtaliya ilə olan böhran barəsində verdikləri sualları cavablandırıb.
"Sarı jiletlilər"ə dəstək verən, Fransanın Afrikada müstəmləkəçi siyasət yürütdüyünü və buna görə cəzalandırılmalı olduğunu söyləyən İtaliya Baş nazirinin müavini Luci Di Mayo və Baş nazirin digər müavini, Daxili İşlər naziri Matteo Salvininin sözlərinə cavab verən Luazo bildirib ki, bunalar mənasız açıqlamalardır: "Kim daha səfehdi" müsabiqəsi keçirmək istəmirik. İtaliya ilə birlikdə görüləcək çox işlərimiz var və bu işləri davam etdirmək istəyirik" deyə bildirib.