ABŞ prezidenti Donald Tramp Venesuelanın müxalifət liderini "müvəqqəti prezident" kimi tanıdığını bəyan edib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Tramp bu barədə yazılı açıqlama yayıb.
ABŞ prezidenti açıqlamasında müxalifət lideri, Venesuela Milli Məclisinin sədri Xuan Quaidonu dövlət başçısı kimi tanıdığını bildirib: "Bu gün rəsmi olaraq Venesuela Milli Məclisinin sədri Xuan Quaidonu müvəqqəti dövlət başçısı kimi tanıyıram. Venesuela xalqı tərəfindən seçilən Milli Məclis, Nikolas Maduro hökumətinin legitim olmadığını elan etmək üçün Konstitusiyaya uyğun olaraq hərəkətə keçdi. Dolayısı ilə artıq prezident kreslosu boşdur".
Amerikalı lider
ABŞ-ın Venesuelada demokratiyanın bərpası üçün bütün siyasi və iqtisadi gücünü istifadə edəcətini deyən Tramp Qərb ölkələrinin liderlərini də Quaidonu prezident kimi tanımağa çağırıb.
Kanada hökumətindən adı açıqlanmayan rəsmilərdən biri Kanadanın da Venesuelanın müxalifəti lideri Quaidonu ölkənin “müvəqqəti dövlət başçısı” kimi tanımağa hazırlaşdığını deyib.
Kanada rəsmisi bu açıqlamanı Trampın Quaidonu prezident kimi tanımasından dərhal sonra verib.
Qeyd edək ki, Venesuela prezidenti Nikolas Maduronun prezidentliyinin ikinci dönəmində aşağı rütbəli bir qrup hərbçinin başlatdığı uğursuz çevriliş cəhdindən sonra ölkədə siyasi böhran yaranıb.
“Euronews” Maduroya qarşı çıxan yüz minlərlə etirazçı paytaxt Karakasda küçələrə çıxıb.
Müxalifətin çoxluqda olduğu Venesuela Milli Məclisi bir gün əvvəl ölkənin idarəçiliyini öz üzərinə götürdüyünü elan edib. ABŞ da etirazçıları və Milli Məclisi dəstəklədiyini açıqlayıb.
Milli Məclis, müxalifət lideri Qaidonun rəhbərliyi altında "keçid hökuməti" yaratmaq üçün venesuelalıları etiraz aksiyalarına çağırıb. Müxaliflər etiraz aksiyaları keçirməkdə məqsədlərinin ölkə hərbçilərini konstitusiya və demokratiyanı dəstəkləməyə razı salmaq olduğunu deyir. “Hərbi çevrilişə çağırış etmək niyyətində deyilik, sadəcə hərbçiləri demokratiyanı və konstitusiyanı müdafiə etməyə dəvət edirik. Çünki onlar Maduronu yox, konstitusiya dəyərlərini qorumaq üçün and içirlər” müxalifət liderlərindən biri deyib.