Rusiya İsraildən Suriyaya hücumlara son qoymağa çağırıb. Baki-xeber.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsrailin Suriya ərazisində "özbaşına hücumlar" həyata keçirməsinə son qoymalı olduğunu deyib.
Diplomat deyib ki, suveren dövlətə qarşı özbaşına güc tətbiq etmək təcrübəsi istisna olunmalıdır.
Qeyd edək ki, yanvarın 21-nə keçən gecə İsrailin Müdafiə Qüvvələri Dəməşq yaxınlığında İran və Suriya əsgərlərinə raket hücumları həyata keçirib. Daha sonra hərbçilər tərəfindən yayılan videodan endirilən zərbələrdən biri ilə rus hava müdafiə sistemi Pantsirin vurulduğu aydın olub. Ancaq Suriya hərbi hava qüvvələri raketlərin çoxunun havada zərərsizləşdirdiyini deyir.
İsrail ordusu hücumu Suriyadakı İran hərbi qüvvələrinin Qolan yüksəkliklərindən yer-yer tipli raketin buraxılması ilə izah edib.
Bundan əvvəl də İsrail bir neçə dəfə İranın Suriyadakı Hizbullah məntəqələri və Suriya ordusuna hava hücumları təşkil edib.