“İsrail Suriyadakı İran ordusunu vurur”. Baki-xeber.com xəbər veri ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu ölkənin cənubundakı İsrail ordusuna aid "Shizafon" hərbi bazasındakı təlimdən sonra deyib
İranın nüvə silahı ilə İsraili məhv etmək məqsədi güddüyünü bildirən Netanyahu ölkəsinin bunun qarşısını almaqda qərarlı olduğunu deyib.
Netanyahu İranın Livanda Hizbullah vasitəsilə polis bölməsi yaratdığını və Suriyada da yeni bir baza yaratmaq istədiyini iddia edib: "Bunlara qarşı savaşmaqda qərarlıyıq. Suriyadakı İran ordusunu vururuq. Suriyadakı İran ordusu ilə təkcə bizim ordumuz döyüşür. Qarşı-qarşıya olduğumuz əsl düşmən İrandır".