Ukraynada hakim "Petro Poroşenkonun Bloku" partiyasına müxalif "Batkivşina" partiyasının rəhbəri Yuliya Timoşenko Ukraynada keçiriləcək prezident seçkilərinə "Yeni İqtisadi Kurs" proqramı ilə qatılacağını açıqlayıb.
Bəyanat partiyanın Kiyevdəki qurultayında verilib. Kiyev Beynəlxalq İnstitunun keçirdiyi sosioloji sorğunun nəticələrinə görə, Timoşenko hazırda Ukrayna prezidentliyə namizədlər arasında ən yüksək reytinqə malikdir.
Ukrayna dövlət başçısının seçkiləri 2019-cu ilin martın 31-i keçiriləcək. Səsvermənin nəticələri isə aprelin 10-na qədər elan olunmalıdır.