Rusiyanın Xantı-Mansiysk Muxtar Mahalında Surqut-Moskva reysini həyata keçirən təyyarə məcburi eniş etməli olub.
Trend-in məlumatına görə, buna səbəb sərnişinlərdən birinin pilotlara hədə-qorxu gələrək təyyarəni Əfqanıstana yönəltmək tələbi olub.
Təyyarə eniş etdikdən sonra hava limanına polis qüvvələri cəlb edilib, Surqut sakini olan həmin sərnişin saxlanılıb. Aeroporta giriş-çıxış məhdudlaşdırılıb.
Təyyarəni pilotları hədələyərək istiqaməti dəyişmək istəyən şəxsin 41 yaşlı Surqut vətəndaşı olduğu bildirilir. Trend-in məlumatına görə, həmin şəxsin məhkumluğu olduğu da bildirilib.