Menbiçdə ölən amerikalı əsgərlərin ailələri ilə görüşdən əvvəl açıqlama verən ABŞ prezidenti Donald Tramp Suriyadakı son vəziyyətlə bağlı açıqlamalar verib.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, prezident seçildikdən sonra Suriyada İŞİD terror təşkilatına qarşı ciddi uğura imza atıldığını söyləyən Tramp İŞİD-in məğlub edilməsi ilə Bəşər Əsədə də böyük yaxşılıq etdiyini bildirib.
“Biz İŞİD terrorçularını kimin üçün öldürürük? Rusiya, İran və Suriya ən pis düşməni İŞİD-dir. Dolayısı ilə bizimlə həmişə eyni fikirdə olmayanlar üçün İŞİD terrorçularını öldürürük. Ayrıca, İŞİD-i məğlub edərək Bəşər Əsədə də böyük yaxşılıq etdik”.
İŞİD-in 99 faiz məhv edildiyini bildirən prezident son 3 həftə ərzində İŞİD-ə qarşı ciddi hücumlar həyata keçirdiklərini deyib. “Rusiya, İran, Suriya, İraq və digər ölkələr üçün İŞİD-i öldürürük. Artıq öz adamlarımızı evlərinə gətirmək istəyirik. Bunu seçim kampaniyamdan bəri söyləyirəm" – deyə Tramp bildirib.