Rusiya Ukrayna ilə sərhəddə nüvə başlıqları daşıya bilən ballistik raketlər yerləşdirib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə “ImageSat International” şirkəti peyk şəkilləri yayıb.
Qeyd edilir ki, Rusiya Ukraynanın cənub-şərqdə yerləşən Krasnodar şəhərindən 435 kilometr aralıda qısamənzilli “İsgəndər” raketləri yerləşdirib.
Peyk görüntülərində iki ayrı nöqtədə bir neçə bunkerin olduğu iki raket sistemi müşahidə edilib. Ətrafda sistemə aid başqa obyektlər də görünüb.
Rusiyanın Ukrayna sərhədinə yaxın bir nöqtədə nüvə başlıqları daşıya bilən ballistik raketlər yerləşdirilməsi ABŞ-a bir mesaj kimi dəyərləndirilir.
Qeyd edilir ki, Rusiya eyni raket sistemlərindən Sibir bölgəsində Buryatiyanın paytaxtı Ulan-Ude şəhərinə də yerləşdirib. Bu bölgənin Monqolustan sərhədinə yaxın olması diqqət çəkir.