ABŞ-ın sanksiyalarına görə neft ixracında çətinlik çəkirik. Bunu İran Büdcə və Planlaşdırma Agentliyinin rəhbəri Məhəmməd Bekir Nobext deyib.
İranın ABŞ sanksiyalarına qarşı ciddi mübarizə apardığını ifadə edən Nobext neft ixracını gəmilərlə reallaşdırmaq məcburiyyətində qaldıqlarını, ancaq gəmi sektoruna da sanksiya tətbiq olunduğunu, bu problemlərə qarşı 5 ildir mübarizə apardıqlarını deyib: “Bunun yeganə səbəbi Trampdır. Bu şəxs beynəlxalq cəmiyyətlə dialoqumuzu davam etdirməyimizi istəmir. Dostlarımızı təhdid edərək bizimlə əməkdaşlıq etmələrinə mane olur”.