Suriyada PKK/YPG-nin nəzarətində olan Menbiç şəhərində ABŞ əsgərlərinə bombalı hücum olub. Baki-xeber.com xəbər verir ki, hadisə ABŞ əsgərləri bölgədə patrul xidməti aparan zaman baş verib.
İlkin açıqlamalarda 2 ABŞ əsgərinin, 9 mülki şəxsin və bir PKK-çının öldüyü bildirilib. “Reuters” isə ABŞ rəsmilərinə istinadən 4 ABŞ əsgərinin öldüyünü, 3-nün isə yaralandığını açıqlayıb.
Partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.
Hadisədən sonra Suriya ilə bağlı açıqlama verən ABŞ-ın vitse-prezidenti Mayk Pens Menbiçdə amerikalı əsgərlərə bombalı hücumla bağlı heç nə deməyib. “Qoşunlarımıza ev gətiririk, İŞİD məğlub oldu. Buna baxmayaraq, İŞİD-in yenidən çirkin üzünü göstərməyəcəyinə əmin olmaq üçün bölgədə qalacağıq. Biz qoşunlarımızın və koalisiya tərəfdaşlarımızın uğurlarını qoruyacağıq" deyə Pens bildirib.