ABŞ prezidenti Donald Tramp Venesuelanın müxalifət liderini dövlət başçısı kimi qəbul edə bilər. Baki-xeber.com xəbər veri ki, bu barədə CNN məlumat yayıb.
Ağ Evdəki mənbəyə istindən bildirilir ki, Tramp, Venesuela müxalifət lideri və Milli Məclisin sədri Xuan Quaidonu ölkənin dövlət başçısı kimi tanımağı düşünür. Bu addım, Venesuela prezidenti Nikolas Maduro üzərində təzyiqi artıracaq əhəmiyyətli bir addım kimi dəyərləndirilir.
Maduro keçən həftə and içərək, vəzifəsinin icrasına başlayıb. ABŞ dövlət katibi Mayk Pompeo isə Maduro rejiminin legitim olmadığını, ABŞ-ın Venezuelada demokratiyanın yenidən bərqərar olması üçün, iqtisadi və diplomatik gücündən sona qədər istifadə edəcəyini deyib.
Bundan başqa Amerika qitəsindəki 14 ölkədən ibarət olan Lima Qrupu Venesuela prezidenti Maduronun yeni hökumətini tanımayacaqlarını bəyan edərək, onu yeni vəzifəyə başlamamağa çağırıb.