Avropa Parlamentinin üzvləri Böyük Britaniya xalqına Brexit qərarından (İngiltərənin Avropa İttifaqından çıxması) imtina etməyə çağırıblar.
Baki-xeber.com xarici nediaya istinadən xəbər verir ki, Avropa Parlamentinin 129 üzvü, Britaniya parlamentində Brexit səsverməsi ərəfəsində İngiltərə xalqına xitabən bir məktub yayıb.
Məktubda deyilir: "Bizlər Britaniyanın dostları olaraq, Brexit fəlakəti ilə əlaqəli cərəyan edən prosesləri narahatlıqla izləyirik. Bunun həm Britaniya həm də Avropanın zərərinə olacağına inanırıq. İngilis seçiciləri Brexit qərarına yenidən baxmağa başlayıb. Qərarın yenidən referenduma çıxarılmasına dəstək artıb. İngilis xalqının Aİ-dən çıxma qərarına hörmətlə yanaşsaq da bundan kədərlənirik. Qərardan hamımızın mənfi təsirlənəcəyini hər kəs bilməlidir. Britaniyanın alyansdan çıxmasını istəmirik. Birlikdə daha güclü bir Avropa İttifaqı yarada bilərik”.
Qeyd edək ki baş naziri Tereza Mey hökumətinin Avropa İttifaqı ilə Brexit razılaşması Britaniya parlamentində səsverməyə çıxarılacaq.