ABŞ-ın Berlindəki səfiri Riçard Qrenel “Şimal Axını-2” qaz layihəsində iştirak edən Almaniya şirkətlərini sanksiya ilə hədələyib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, səfir bununla bağlı alman şirkətlərinə məktub göndərib.
"Bild am Sonntag" qəzeti, səfir Riçard Qrenelin alman şirkətlərinə məktub göndərərək sözügedən şirkətlərin Amerika sanksiyaları ilə üzləşə biləcəyilə bağlı xəbərdarlıq edib.
"Şimal Axını-2" layihəsi Rusiya qazını Baltik dənizi üzərindən Almaniyaya çatdırmağı nəzərdə tutur.
Səfir Qrenel, "Şimal Axını-2" layihəsinin Avropaya Ukrayna vasitəsilə qaz nəqlinə ehtiyacı aradan qaldıracağını və bu vəziyyətdə də Ukraynanın, Rusiyanın təcavüzkar siyasətinə qarşı əlindəki əsas təsir vasitəsini itirməsinə səbəb olacağını deyib.
Qeyd edək ki, Polşa da Almaniyadan "Şimal Axını-2" layihəsindən imtina etməyi tələb edir.