Dünya Bankının yeni rəhbəri ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp ola bilər. Baki-xeber.com xaici mediaya istinadən xəbər verir ki, onun adı Bankın yeni rəhbərliyinə namizədlər arasındadır.
“Financial Times” qəzeti yazır ki, bank rəhbərliyinə dörd namizəd arasında Donald Trampın qızı İvanka və Birləşmiş Ştatların BMT Təhülkəsizlik Şurasındakı sabiq daimi nümayəndəsi Nikki Heylinin də adı yer alıb.
Dünya Bankının rəhbərini, qurulduğundan gündən bəri bankın ən böyük səhmdarı ABŞ seçir.
Qeyd edək ki, Dünya Bankının hazırkı prezidenti Cim Yen Kim fevralın 1-də postunu tərk edib.