ABŞ-da daha iki demokrat siyasətçi, 2020-ci il prezident seçkilərində Donald Tramp rəqib olacaqlarını açıqlayıb.
Baki-xeber.com xaici mediaya istinadən xəbər verir ki, Meksika kökənli miqrant ailədən olan və keçmiş ABŞ prezidenti Barak Obamanın iqtisadiyyat və şəhərsalma üzrə naziri Culian Kastro və İraq müharibəsində iştirak etmiş keçmiş hərbçi Tulsi Qabbard 2020-ci il prezident seçkilərində iştirak edəcəklərini bildiriblər.
Kastro, prezidentliyə namizəd olacağını Texasda elan edib, Qabbard isə iddiasını yaxın günlərdə elan edəcəyini deyib.
Demokratların tanınmış nümayəndələrindən biri Yelizabet Uorren də, Trampa rəqib namizədlər arasındadır.