İran hökumətinin yaxın zamanlarda nüvə sazişindən çıxacağı barədə xəbərlər həqiqətə uyğun deyil. Trend-in məlumatına görə, bunu İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi deyib.
M.Vaezi ölkə KİV-lərini informasiya yayarkən diqqətli olmağa və İranın düşmənləri üçün tribunaya çevrilməməyə çağırıb: “Son vaxtlar İranın yaxın zamanlarda nüvə sazişini tərk edəcəyi barədə yayılmış xəbərlər əsassızdır və bunların məqsədi dezinformasiya yaymaqla ölkənin milli maraqlarına ziyan vurmaqdır”.