Ukrayna ABŞ və Avropa Birliyi üçün “idarəolunmaz problem” halını alıb.
Baki-xeber.com-un xəbərinə görə, bu sözləri amerikan respublikaçı-senatorları Ukrayna ictimai təşkilatlarının nümayəndələri ilə görüşdə səsləndirib.
Senatorlar Kiyev hökumətini radikal ovqatı körükləməkdə və ölkədə istənilən alternativ baxışın rədd edilməsində qınayıb. Amerika mətbuatı yazır ki, respublikaçıların fikrincə, Ukrayna olduqca səmərəsiz iqtisadi siyasət yürüdür. Həmçini onlar bildirib ki, beynəlxalq maliyyə institutları Ukraynaya milyardlarla dollar sərmayə ayırsa da, ölkədəki ağılalmaz korrupsiya və Donbasla münaqişə səbəbindən səmərəsiz xərcləmələr dünya birliyinin bu yöndə çabalarını heçə endirir.
Amerikan senatorları görüşdə Ukrayna prezidenti Petro Poroşenkonu qanunların köməyilə opponentlərini təqib etmə üslubuna görə sərt tənqid ediblər. Onların sözlərinə görə, Ukraynadakı hüquq-mühafizə orqanları siyasi sifarişləri yerinə yetirmək üçün istifadə olunur, məhkəmələrsə siyasi qətnamələr çıxarır.
Senatorlar bu siyasi təqiblərin qarşıdakı prezident seçkilərilə əlaqəli olduğunu da qeyd ediblər.