Dünya xristianlarının dini rəhbəri Patriarx Varfolomey, rəsmi olaraq Ukrayna kilsəsini Rusiyadan azad edib. Kilsənin Rusiyadan sərbəst buraxılması haqda sərəncam İstanbulda Giorgi kilsəsində dünya Patriarxı tərəfindən imzalanıb.
Imzalanma mərasimində Ukrayna Mitropoliti Yepifaniy, Ukrayna prezidenti Petro Poroşenko və ailə üzvləri də iştirak edib.
Mərasimdə Ukrayna kilsəsini müstəqillik statusu verən “Tomos” adı verilən qərarnamə Yepifaniyə təqdim edilib.
Dünyada 300 milyon xristianın lideri sayılan Patriarx Varfolomey yeni kilsə haqqında xahişi, Rusiyanın bütün təzyiqlərinə baxmayaraq, 2018-ci ilin oktyabr ayının 11-də təsdiq etmişdi.
Ukrayna rəsmiləri bu tarixi hadisənin, ölkənin təhlükəsizliyi üçün əhəmiyyətli olduğunu hesab edirlər. Poroşenko isə bunu 1991-ci ildə Ukraynanın Sovet İttifaqından ayrılması üçün keçirilən referendumla müqayisə edib.
Bu addım öz növbəsində Moskvanın narazılığına səbəb olub. Vladimir Putin illik mətbuat konfransında bu dəyişikliyin yeni qanlı münaqişələrə səbəb olacağını deyib.
Rusiya və Ukrayna arasındakı diplomatik münasibətlər 2014-cü ildə Moskvanın Krımı ələ keçirilməsi ilə başlayıb. Ukrayna Kerç boğazındakı gəmilərinin Rusiya tərəfindən ələ keçirilməsindən sonra ölkədə hərbi vəziyyət elan edib.
Ukrayna provaslav kilsəsi yüz illərlə Moskvanın tabeliyi altında olub. Məhz bu səbəbdən Ukrayna hesab edir ki, Rusiya müdaxiləsi ilə mübarizədə kilsənin azad olması çox mühüm rol oynayır.