Cin liderinin “Tayvanın müstəqilliyi böyük bir fəlakət olar” bəyanatından sonra ada rəhbərliyi dünya ölkələrinə müraciət edərək yardım istəyib.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Tayvan prezidenti Tsai İnq-ven, adada demokratiyanın və həyat tərzinin qorunması üçün digər ölkələrin də üzərinə məsuliyyət düşdüyünü deyib.
Cin liderinin güc tətbiq etməklə bağlı hədələrini xatırladan Tayvan prezidenti deyib: "Ümid edirik ki, beynəlxalq ictimaiyyət bunu ciddiyə alacaq, bizi dəstəkləyəcək, yardım edəcək. Əgər beynəlxalq ictimaiyyət təhlükə ilə üz-üzə olan demokratik bir ölkəyə dəstək verməsə, o zaman “sıradakı ölkə hansıdır” sualı ortaya çıxacaq".
Qeyd edək ki, bir Çin rəhbəri Si Cinpin neçə gün əvvəl Tayvanla birləşmək üçün hərbi gücdən istifadə edilə biləcəyini istisna etməmişdi. Si deyib ki, güc tətbiq etməyəcəyimizə dair söz vermirik, gərəkli addımları atmaq hüququmuz var. Qeyd edib ki, Tayvandakı hər kəs müstəqilliyin böyük bir fəlakət olduğunu anlamalıdır: “Biz dinc yolla yenidən birləşməyimiz üçün əlimizdən gələn hər şeyi edəcəyik. Çünki bu, bütöv Çin xalqının maraqlarına uyğundur. Biz güc istifadəsini də istisna etməyəcəyik və həmin tədbirləri ehtiyatda saxlayacağıq”.