ABŞ Suriya hökumətinə yeni xəbərdarlıq edib. Baki-xeber.com xəbər verir ki, bu barədə açıqlama verən ABŞ milli təhlükəsizlik müşaviri Con Bolton Suriya hökumətinə xəbərdarlıq edib ki, ABŞ ordusunun ölkədən çıxması kimyəvi silahlardan istifadəyə göz yumulacağı demək deyil.
“ABŞ-ın Suriya rejimi tərəfindən kimyəvi silahlardan istifadəsinə qarşı və kimyəvi silahlardan istifadəyə sərt cavabın verilməli olması ilə bağlı mövqeyində heç bir dəyişiklik yoxdur. Biz daha öncə bunu iki dəfə etmişik.” - deyə Bolton bildirib.
“Buna görə də, Əsəd rejimi bu məsələdə heç bir xəyallara qapılmamalıdır” deyən Bolton sonra əlavə edib: “Ordunun ölkədən çıxması prosesinin və bunun nəticələrinin necə olacağı haqda müzakirələrimizi apardığımız bir zaman, Əsəd rejimi bu qərarın kütləvi silahların istifadəsi ilə bağlı bizim mövqeyimizdə hər hansı bir yumşalmanı ifadə etməsi kimi görməməlidir.”