Bir müddət əvvəl İranın Şiraz şəhərindəki hava limanına məcburi eniş edən Norveç Hava Yollarına aid təyyarə ABŞ sanksiyalarına görə İranda qalıb.
Baki-xeber.com xəbər verir ki, 14 dekabr 2018-ci ildə Şiraza məcburi eniş edən Dubay-Oslo reysi ilə uçan təyyarədə yaranmış nasazlığı bugünə qədər aradan qaldırmaq mümkün olmayıb. İran mətbuatı yazır ki buna səbəb ABŞ sanksiyalarıdır
Hadisədən sonra Norveç Hava Yollarının göndərdiyi ekspert qrupu təyyarənin yeni bir mühərrikə ehtiyacı olduğunu açıqlayıb, amma, sanksiyalara görə mühərriki İrana göndərmək mümkün deyil.
Sərnişinlərdən və ekipaj üzvlərindən ibarət olan 187 nəfər hadisədən bir gün sonra başqa bir təyyarə ilə Osloya göndərilib, təyyarə isə mühərrikin dəyişdirilməsi üçün ABŞ-dan gələcək xüsusi icazəni gözləyir.
Bundan başqa, təcili enişə görə İrana girmək məcburiyyətində qalan sərnişinlərin bundan sonra ABŞ-a getmək üçün viza alacaqları bildirilir.