"Şimal axını-2" qaz kəməri layihəsi Rusiya əleyhinə sanksiyaların effektini məhv edir və "Ukrayna"nın qatilidir. Baki-xeber.com xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Yaçek Çaputoviç deyib.
Nazirin sözlərinə görə, Avropa bu layihəni sonlandırmalıdır: "Şimal axını -2" Ukraynanın məhv edir. Əgər Ukrayna ərazisindən Rusiya qazının tranziti azalarsa, ölkənin gəlirlər nəinki kifayət qədər azalacaq, hətta ilk növbədə Ukrayna Rusiyanın sonrakı aqressiyası qarşısında müdafiəsiz qalacaq".
Çaputoviç eyni zamanda Almaniya və Avstriyanı anti-Avropa siyasəti yürütməkdə ittiham edib: "Biz Avropa İttifaqının mövqeyini dəstəkləyirik. Ancaq Almaniya və Avstriya yeni aldadıcı manevrlər edir və "Şimal axını–2" layihəsi üçün istisnalar tələb edirlər. Buna görə də indiyə kimi ümumi Avropa fikrinə sahib ola bilməmişik".
Polşalı diplomat daha sonra bildirib: "Almaniya və Fransa bəlkə də Avropanı təmsil etdiklərini düşünürlər, amma biz bunun belə olmadığına inanırıq".
Xatırladaq ki, 1220 kilometr uzunluğundakı "Şimal axını-2" qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql etmək gücünə malik olacaq. Rusiyanın enerji nəhəngi "Qazprom" bəyan edib ki, "Şimal axını-2" layihəsi 2019-cu ilin sonunadək başa çatdırılacaq.
Baltikyanı ölkələr, Polşa və Ukrayna "Şimal axını-2" qaz boru kəmərinin tikintisinə qarşı çıxırlar. Bu ölkələr hesab edirlər ki, "Şimal axını-2" iqtisadi layihə deyil və Avropanın bütövlüyünə zərbə vurmağa hesablanıb. ABŞ da Almaniyanın Rusiya ilə "Şimal axını-2" qaz razılaşmasını imzalamasına qəti etiraz edir və iddia edir ki, bununla Avropanın Rusiyadan qaz asılılığını daha da artacaq. Vaşinqton ehtiyat edir ki, "Şimal axını-2" qaz kəmərinin təhlükəsizliyini bəhanə edərək, Moskva gələcəkdə Baltik dənizindəki hərbi mövcudluğunu gücləndirəcək.