ABŞ-ın dövlət katibi Mayk Pompeo prezident Donald Trampın Suriyadan çəkilmək qərarı ilə bağlı yeni açılamalar verib. Baki-xeber.com xəbər verir ki, "NewsMax" telekanalına müsahibəsində Pompeo Trampın Suriyadan çəkilmək qərarının qəti olduğunu deyib
Amerika əsgərlərinin Suriyadan çıxacağını deyən Pompeo İŞİD-lə də mübarizənin davam etdiriləcəyini bildirib.
Suriya mövzusunda Trampın verdiyi təlimatlara toxunan Pompeo, Türkiyə ilə bağlı qalmaqallı ifadə işlədib. "Bu təlimatları bütün cəbhələrdə yerinə yetirəcəyik. Sadəcə qoşunları geri çəkməklə qalmayacağıq, prezidentin ortaya qoyduğu digər bütün təlimatları həyata keçirəcəyik: Türklərin kürtləri qətlə yetirməsinin qarşısını almaq, Suriyada dini azlıqların hüquqlarının qorunması. Bütün bunlar ABŞ-ın ortaya qoyduğu missiyanın bir parçasıdır" - deyə dövlət katibi bildirib.
Pompeo, aparıcının Türkiyə Prezidentinin etibarlı tərəfdaş olub-olmadığına dair sualını isə belə cavablandırıb: "Türklərlə üzərində işləməli olduğumuz bir sıra şeylər var. Onlar NATO-nun müttəfiqidir. Amerikalıları maraqlandıran və və amerikalıların təhlükəsizliyini təmin edən bir sıra məsələdə xeyli dəstək olduqları məqamlar var".
Pompeonun Türkiyə ilə bağlı qalmaqallı açıqlamasına Ankaradan sərt cavab gəlib. Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy kürdləri və kürd özünü müdafiə dəstələrini bərabər tutan ABŞ dövlət katibi Mayk Pompeonun bəyanatını təkzib edib.
"Biz Pompeonun bizim ölkə barədə portallardan birinə verdiyi müsahibəsində işlətdiyi ifadələri təkzib edirik. Terrorçuların kürdlərə bərabər tutulması, əgər bu təsadüf deyilsə, onda bu informasiya çatışmazlığına göstərir ki, bu da narahatlıq doğurur. YPG terror təşkilatının İŞİD-lə mübarizədə bərabər tutulmasını qəti şkildə pisləyirik", - deyə Aksoy vurğulayıb.