ABŞ yaxın aylarda kosmosa raket buraxmağı planlaşdıran İranı yeni sanksiyalarla təhdid edib. Baki-xeber.com xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo açıqlama verib.
İranın kosmosa 3 raket buraxmağı planlaşdırdığını deyən Pompeo, sözügedən raketlərin qitələrarası ballistik raketlərlə eyni quruluşda olduğunu və bunun BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozduğunu iddia edib.
ABŞ, Almaniya, Fransa və İngiltərənin İranın bu addımını BMT Təhlükəsizlik Şurasının 2231 nömrəli qətnaməsinə hörmətsizlik kimi dəyərləndirdiyini deyən Pompeo, ABŞ-ın İranın dağıdıcı siyasətinin beynəlxalq sabitliyi pozulmasına və təhlükəsizlik risqi yaratmasına seyrçi qalmayacağını bəyan edib.
Pompeo, bundan imtina etməyəcəyi təqdirdə Tehranı daha sərt iqtisadi və diplomatik sanksiyalar tətbiq etməklə təhdid edib.
İrandan reaksiya...
İranın xarici işlər naziri Cavad Zərif isə sosial mediadan, Pompeonun iddialarının yalan olduğunu deyərək, raketlərin buraxılmasının BMT Təhlükəsizlik Şurasının qərarlarına zidd olmadığını bildirib. Zərif ABŞ-ın da, eyni texnologiyaya sahib olduğunu deyib.