ABŞ “Patriot” raket hücumundan müdafiə sisteminin satışı ilə bağlı təkliflərini Türkiyəyə təqdim edib. Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın təklifi Ankarada səfərdə olan Amerika nümayəndə heyəti tərəfindən Türkiyəyə təqdim edilib.
Məlumata əsasən, ABŞ nümayəndə heyəti Ankarada Müdafiə Sənayesi, Xarici İşlər və Müdafiə nazirliklərində görüşlər keçirib. ABŞ Müdafiə Nazirliyi və Dövlət Departamenti nümayəndələrindən ibarət heyət, 3,5 milyard dollar dəyərindəki “Patriot” raket sisteminin satışı ilə bağlı şərtləri Ankaraya təqdim edib.
Ancaq Türkiyə əsas şərt kimi irəli sürülən Rusiyadan alnan S-400-lərlə bağlı sövdələşmənin ləğv ediməsinə qarşı çıxır. Ankara Rusiyada S-400 almaq barədə qərarından imtina etmək niyyətində deyil.
ABŞ uzun müddətdir Türkiyənin Rusiya ilə S-400 razılaşmasından imtina etməsinə çalışır. Ancaq Türkiyə, S-400-lərdən imtina edilməsinin “Patriot” satışında əsas şərt kimi irəli sürülməsinə etiraz edir. Bir müddət əvvəl Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu “Patriot” alarıq, ancaq aldığımız S-400-lərdən imtina etməyəcəyik” – deyə bildirib.