Türkiyə və Rusiya Suriyada Fəratın şərqi və Münbiçdə hərbi əməliyyatın keçirilməsi ilə bağlı razılığa gəlib. Baki-xeber.com xəbər verir ki, razılaşma tərəflər arasında bir neçə gün əvvəl Moskvada keçirilən zirvədə əldə edilib.
“A Haber” diplomatik mənbələrə istinadən, Rusiyanın Türkiyənin narahatlıqlarını anladığını və əməliyyatlara müsbət yanaşdığını bildirir.
Bundan başqa, Rusiya Əsəd rejiminə, sözügedən ərazilərə girməməsi barədə xəbərdarlıq edib.