“Ərköyün uşağınıza (Yunanıstanın müdafiə naziri) sahib çıxın ki, əlimizdən qəza çıxmasın". Baki-xeber.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib.
Yunanıstanı Egey dənizində təhrikçi addımlardan çəkinməyə çağıran Çavuşoğlu Türkiyənin istənilən mənfi addımlara cavab verəcəyini deyib. Çavuşoğlu Yunanıstana bu mesajı verib: “Yunanıstana xəbərdarlıq edirik, sizin ərköyün uşağınız var. Müdafiə nazirlərinə belə deyirlər - ”Bizim bir ərköyün uşağımız var” deyirlər. “Ərköyün uşağınıza (Yunanıstanın müdafiə naziri) sahib çıxın ki, bizim təhlükəsizlik qüvvələrimizin əlindən bir qəza çıxmasın. Bunu sizə xatırladıram".