Böyük Britaniya Suriya prezidenti Bəşər Əsədin "Hama qəssabı" adı ilə tanınan əmisi Rıfat Əsədin dörd həyat yoldaşından birinə daimi yaşayış icazəsi verib. Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, rəsmi sənədlərdə adı açıqlanmayan və sənədlərdə "LA" kimi qeyd edilən 63 yaşlı qadının İngiltərə vətəndaşlığı almaq müraciəti isə rədd edilib.
"The Telegraph" yazır ki, Rıfat Əsədin həyat yoldaşına Britaniya vətəndaşlığı verilməməsinin səbəbi kimi insanlığa qarşı cinayət törətmiş Əsəd rejimi ilə yaxınlığı və ona vətəndaşlıq verilməsinin İngiltərənin beynəlxalq əlaqələrinə zərər verəcəyilə izah edilib.
Böyük Britaniyaya 2006-cı ildə "investor" vizası ilə gələn “LA”nın 22 və 37 yaşlarındakı 2 oğlu və Rıfat Əsədin başqa arvadından olan digər uşaqlarına da daimi yaşayış icazəsi verildiyi qeyd edilir.
Məlumata görə, “LA” daimi yaşayış icazəsini Britaniyanın Baş naziri Teresa May 2012-ci ildə daxili işlər naziri olduğu zaman alb.
Əsədin İngiltərədə anadan olmuş həyat yoldaşı Əsmanın atasının da aralarında olduğu bəzi qohumları da İngiltərədə yaşayır.
Əsədin əmisi, Rıfat Əsədin, İngiltərə, İspaniya və Fransada yüzlərlə mülklərinin olduğu bildirilir. Əmlakının böyük bir hissəsinə həbs qoyulan Rıfat Əsədin, Fransada korrupsiya və çirkli pulların yuyulmasında günahlandırılaraq, barəsində cinayət işi açılıb.
Qeyd edək ki, ölkənin üçüncü böyük şəhəri olan Hamada 2 fevral 1982-ci ildə Müsəlman Qardaşları tərəfindən başlanan üsyanı boğmaq üçün göndərilən Hafiz Əsədin qardaşı Rıfat Əsəd rəhbərlik etdiyi ordu şəhərdə qətliamlar törədib. Öncə şəhəri mühasirəyə alan R.Əsəd rəhbərlik etdiyi ordu, döyüş təyyarələrinin dəstəyilə 27 gündə on minlərlə insanı qətlə yetirib.